AKP-də Davudoğlunun iştirakıyla toplantı - İSTEFASINI AÇIQLAYA BİLƏR...

“AKP-də Davudoğlunun iştirakıyla toplantı - İstefasını açıqlaya bilər...

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən çıxarılan Türkiyə baş naziri Əhməd Davudoğlunun bu dəqiqələrdə AK partiyasında çıxışı gözlənilir.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Davudoğlunun AK partiyası “Məsləki Yetərlilik Qurumu”nun toplantısından sonra istefa verəcəyi gözlənilir.

AK partiyasının fövqəladə iclasının tarixinin də bugünki görüşdə açıqlanacağı gözlənilir. Hazırda AK Baş Ofisində toplaşan MYQ üzvləri baş nazirin gəlişini gözləyir. 

***

Davudoğlu bir saatlıq gecikmə ilə toplantıya qatılıb. 

AKP-də Davudoğlunun iştirakıyla toplantı - İstefasını açıqlaya bilər...

 






Fikirlər