DAVUDOĞLUnun yerinə namizəd ŞƏXS Ərdoğanın xidməti MAŞININDA...
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Eyyub Sultan Camisində cümə namazı qılıb. Aznews.az xəbər verir ki, cümə namazından sonra hər kəsin diqqətini çəkən hadisə baş verib. Belə ki, məscidin girişində Ərdoğanı baş nazir Əhməd Davudoğlunun yerinə namizəd olduğu deyilən köməkçisi Numan Kurtulmuş qarşılayıb. Prezident namazı köməkçisi ilə birlikdə qılıb. Namazdan sonra isə Ərdoğan xidməti avtomobilinə Kurtulmuşla birlikdə minib. Ərdoğanla köməkçisi Kurtulmuş birlikdə Eyyub bələdiyyəsinin yeni inzibati binasının açılış mərasimində iştirak ediblər. Məlumat üçün bildirək ki, Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının sədrliyindən çıxarıldıqdan sonra mətbuatda onun yerinə 4 namizədin adı hallanır. Onlar arasında Numan Kurtulmuşun da adı var.