Moskva Sarkisyanı arxadan vurmağa HAZIRLAŞIR

Moskva Sarkisyanı arxadan vurmağa hazırlaşır

Dmitri Medvedevin xüsusi göstəriş verdiyi ehtimal edilir

Ermənistanın sabiq baş naziri, yerli ermənilərin ən tanınmış nümayəndəsi Ovik Abramyan qudası oliqarx Qaqik Sarukyanla birləşib Qarabağ klanını hakimiyyətdən salmaq istəyir.    
İstiPress-in məlumatına görə, bu nəticəyə Ermənistan mətbuatının son bir həftəlik icmalı ilə tanışlıqdan sonra gəlmək olur.
Xəbərlərdən belə çıxır ki, Moskva Serj Sarkisyanı hakimiyyətdən salmaq üçün sabiq baş nazir Ovik Abramyanla və indiki baş nazir Karen Karapetyanla məxfi danışıqlar aparır. Yəni Rusiya hər iki klanla əlaqələr quraraq, istənilən variantda Serj Sarkisyanı öz adamı ilə əvəz etməyə çalışır.
"Jamanak" qəzetinin yazdığına görə, Karen Karapetyan yaxın zamanlarda hakim Respublika Partiyasının rəhbərliyinə gətiriləcəyini yazır və bu işdə Moskvanın rolunu vurğulayır: "Bu məsələ gərgin partiyadaxili və hakimiyyətdaxili müzakirələrə səbəb oldu, amma belə görünür qərar Moskvada öz həllini tapıb”.
Erməni jurnalist Susanna Petrosyan isə məqaləsində Moskvanın sabiq baş nazir Ovik Abramyana dəstək verdiyini bildirib. Onun sözlərinə görə, Ovik Abramyan hakim Respublika Partiyasnın rəhbərliyindən getməyə məhz Moskva səfərindən sonra qərar verib: "Orada o, Rusiya baş naziri Medvedevlə görüşmüşdü. Rusiya-Ermənistan münasibətlərinin tarixində hələ heç zaman Rusiya baş naziri Ermənistanın sabiq baş nazirini qəbul etməmişdi”.
Susanna Petrosyanın sözlərinə görə, Abramyan öz qudası Qaqik Sarukyana qoşula bilər. Abramyanın oğlu Sarukyanın qızını alıb. "Newsarmenia.am” saytının yazdıına görə, Qaqik Sarukyan aprel seçkilərində Qarabağ klanına əlaltı olmaq istəmir.  "Qraparak" qəzetinə istinad edən portal bildirir ki, Sarukyan onu alyansa dəvət edən qarabağlılarla - Seyran Ohanyan və Robert Koçaryanla bir alyansda olmaq istəmir. Yəni Serj Sarkisyanı çətin mübarizə gözləyir.






Fikirlər