Serj Sarkisyan porno ulduzdur? (VİDEO)

Serj Sarkisyan porno ulduzdur? (VİDEO)Ermənistan mətbuatı prezident Serj Sarkisyanı Rusiyanın tanınmış blogeri, qeyri-ənənəvi seks barədə tez-tez qeydlər yazan, canlı efirdə tərbiyəsiz ifadələr işlədən Lena Miroya bənzədib.

ANS PRESS-in məlumatına görə, Yeni il bayramı ərəfəsində bu barədə “Armenian Report” portalında dərc edilmiş məqalədə müəllif Serj Sarkisyan hakimiyyətinin Krımın Rusiya tərəfindən ilhaqına səs verməsini xatırladıb. “Müstəqil dövlətə qarşı təcavüzü dəstəkləməklə, o, əlini yalnız Ermənistan vətəndaşlarının deyil, həm də Ukrayna vətəndaşlarının qanına buladı. Onun hakimiyyəti əlində saxlamasının qiyməti budur”,- deyə məqalədə vurğulanır.

Məqalə müəllifi Serj Sarkisyanın bu addımını erməni xalqına şər atmaq kimi dəyərləndirib. Yəni indən belə ermənilər bütün sivil dünyanın qarşısında bu aqressiyanı dəstəkləmədiklərini, bunun yalnız hakimiyyətdəki “Qarabağ” klanının seçimi olduğunu sübut etməlidirlər. Bu baxımdan Serj Sarkisyan Lena Miroya bənzədilib.
Serj Sarkisyan porno ulduzdur? (VİDEO)Lena Miro, məsələn, 2013-cü ildə iddia edib ki, Rusiyanın başı bəlalı “Pussy Riot” qrupu Yeni il Moskva Qızıl Meydanında qeyri-ənənəvi sekslə keçirməyi planlaşdırır. Lena Miro yetərincə populyar blogerdir - onun 12 minə yaxın abunəçisi var və bir qeydi bəzən 350 min izləyici yığır. Amma minlərlə izləyici isə onu qara siyahıya salıb.

“Armenian Report”un Serj Sarkisyanı Lena Miroya bənzətməsi təsadüfi deyil. Çünki hər ikisi məşhur yəhudi lətifəsində olduğu kimi şərləmə üsulundan istifadə edir. Lətifəyə görə, Haim sinaqoqda yüksək səslə qışqırıb: “Rabinoviçin qızı fahişədir”. Moyşa sakitcə Haimə pıçıldayır: “Rabinoviçin qızı yoxdur, iki oğlu var”. Haim isə cavab verir: “Bu mənim işim deyil, mən sözümü dedim, qoy indən belə Rabinoviç özün təmizə çıxarmağa çalışsın”.

“Biz də gərək “qızımızın fahişə olmadığını” isbat edək. Buna görə də gərək Serjə “minnətdar” olaq”,- deyə məqalə müəllifi vurğulayır.

Amma məqalədə bir fikir unudulur, bu məntiqlə, ermənilərin “qızı 25 ildir ki, fahişədir”. 25 il əvvəl, hələ Sovet İttifaqı dağılmadan ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin ilhaqı barədə qərar qəbul elədilər, sonra isə sovet rəhbərliyinin dəstəyi ilə qeyri-qanuni ordu yaradaraq vilayətdə və ətraf rayonlarda yaşayan dinc azərbaycanlı əhaliyə qarşı soyqırım təşkil elədilər.




Serj Sarkisyan porno ulduzdur? (VİDEO) Serj Sarkisyan porno ulduzdur? (VİDEO)






Fikirlər