Sərkisyan Rusiyanın vassalı olduğunu bəyan etdi: “Öhdəlikləri yerinə yetirdik”

Sərkisyan Rusiyanın vassalı olduğunu bəyan etdi: “Öhdəlikləri yerinə yetirdik”Ermənistanın Avrasiya İqtisadi İttifaqına birləşməsi haqqında sənədlər paketi dekabrın əvvəllərində bu ölkənin parlamentinin iclasının gündəliyinə salına bilər.

Modern.az saytı “Armenpress”-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan prezidenti Serj Sərkisyan çıxış edib.
Ermənistan rəhbəri deyib ki, Yerevan hökuməti sənədlər paketinin milli təsdiqi prosesinin tamamlanması üzərində köklənib.
Serj Sərkisyanın açıqlamasından belə başa düşülüb ki, Ermənistan Rusiya qarşısındakı öhdəliklərini yerinə yetirməsə idi, Avrasiya İqtisadi İttifaqına girə bilməyəcəkdi:

“Yol xəritəsinin vəziyyətlərinin reallaşdırılması istiqamətində böyük işlər aparılıb. Yəni praktik olaraq, kifayət qədər yaxşı işlər görülüb. Bu dəfə Ermənistan məsuliyyətli partnyor kimi çıxış edib və bu vaxt müddətində öz öhdəliklərini yerinə yetirib”,-deyə Ermənistan prezidenti bildirib.

O, həmçinin söyləyib ki, hökumətdən sənədlər paketi alınıb və Konstitusiya məhkəməsinə göndərilib. Serj Sərkisyan qeyd edib ki,Ermənistan 17 noyabra qədər Ermənistan Konstitusiya məhkəməsi bununla bağlı qərar qəbul edəcək və sonra sənədlər paketi parlementə təqdim ediləcək.

Ermənistan dövlət başçısı onu Konstitusiya məhkəməsinə və parlamentə təzyiq etməkdə ittiham etməməyi xahiş edib.

Qeyd edək ki, siyasi dairələrdə Rusiya prezidenti Vladimir Putinin Serj Sərkisyanı Rusiyadan Ermənistana verilən qazın qiymətini qaldıracağı ilə şantaj edərək Avrasiya İqtisadi İttifaqına qoşduğu bildirilir.

Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen isə Moskvadakı mənbələrinə istinadən deyib ki, Putin Sərkisyanı Qarabağ məsələsində güzəştə getmədiyinə görə əməlli-başlı danlayıb.

Ermənistan Avrasiya İqtisadi İttifaqına Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separtçı rejimlə getmək istəsə də, bu reallaşmayıb.






Fikirlər