25.04.2014. - Sərkisyan Türkiyəyə hücum etdi, cavabını ƏLİYEV verdi!

25.04.2014. -  Sərkisyan Türkiyəyə hücum etdi, cavabını ƏLİYEV verdi! Dünəndən etibarən Çex Respublikasının paytaxtı Praqa şəhərində start götürən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının növbəti sammitində Azərbaycan prezidenti İlham Əliyev də çıxış edib.

Bu barədə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvitter hesabında yazıb.

Qeyd edək ki, çıxışının böyük bir hissəsini Türkiyəyə həsr edən Ermənistan prezidenti Serj Sərkisyan bildirib ki, Avropa İttifaqına üzvlüyə daxil olmağa çalışan bir ölkənin öz keçmişi ilə üz-üzə gəlməkdən qaçmağa çalışması paradoksal faktdır.

N.Məmmədov isə prezident İlham Əliyevin Sərkisyanın bu çıxışına verdiyi cavabı yazıb. O qeyd edib ki, Şərq Tərəfdaşlığı sammitində Sərkisyan bütün çıxışını qondarma "soyqırımı" ilə bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr edib.

Prezident İlham Əliyev isə Sərkisyana belə cavab verib: “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”






Fikirlər