04.03.2014. - İ.ƏLİYEV açıqlama verdi

04.03.2014. - İ.ƏLİYEV açıqlama verdiMilli Məclisin deputatı İlham Əliyev həmkarı olan Bəxtiyar Əliyevi tənqidi çıxış etməyə təhrik etməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlara qısa münasibət bildirib.

AzerTaym.az bildirir ki,bu barədə deputat İ.Əliyev publika.az-a açıqlamasında konkret olaraq bunları deyib: Mən Bəxtiyar Əliyevə çıxış üçün heç bir təlimat və ya göstəriş verməmişəm. Bu barədə yayılanlar uydurma və cəfəngiyyatdır”.

Məlumat üçün bildirək ki, azpolitika.info saytı belə bir xəbər yazıb: “Deputat Bəxtiyar Əliyevin gömrüklə bağlı tənqidi çıxışı deputat İlham Əliyevin sifarişi ilə meydana gəlib. Sonradan Bəxtiyar Əliyev öz çıxışını geri oxumağa məcbur olub”.

Xatıladaq ki, deputat İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.






Fikirlər