Avropa Birliyi Ermənistanı CƏZALANDIRDI - QARABAĞa görə


Avropa Birliyi (AB) ölkələri Ermənistana əvvəlcədən razılaşdırılmış 15 milyon avronu verməkdən imtina edib.
AB təmsilçiləri razılaşmanın pozulmasını Ermənistanda «korrupsiyaya qarşı real mübarizənin olmaması» ilə əsaslandırsa da, ölkə rəhbərliyinin təmsilçiləri Avropanın bu addımını Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu bildirirlər. 

Avropa ölkələrinin bu qərarını AB-nin Ermənistandakı səfiri Pyotr Svitalski bu gün İrəvanda korrupsiya və vətəndaşın ictimai-siyasi həyatda iştirakı ilə bağlı keçirilmiş "Hökumət - vətəndaş cəmiyyəti" forumu çərçivəsində elan edib: "Biz əminik ki, Ermənistan vətəndaşları da hökumətdən real fəaliyyət və nəticələr gözləyirlər. Biz hakimiyyət üçün vəsait ayırdıq, … onlar hələ paylanmayıblar və istifadə edilməyiblər. Bundan əlavə, əgər biz konkret addımlar görməsək, həmin pullar son ünvana çatmyacaq".

Avropalı diplomat Ermənistan baş naziri Ovik Abramyanın Ermənistan iqtisadiyyatında inhisarçılığın rolunun güclənməsi barədə dünən etdiyi çıxışı xatırladıb. Mayın 12-də hökumət iclasında çıxış edən Ermənistan baş naziri dördgünlük aprel döyüşlərinin ölkənin problemlərini ortaya çıxardığını bildirib. Ovik Abramyan həmin problemlər sırasında korruprsiyaya qarşı mübarizənin yetərincə olmamasını, ordunun çağdaş tələblərə cavab verməməsini və s. bildirmişdi, Pyotr Svitalski də Ermənistanda korruprsiyaya qarşı mübarizənin yetərincə olmamasını göstərmək üçün baş nazirin bu çıxışına istinad edib.

Lakin Ermənistan rəsmiləri Pyotr Svitalskinin əsas kimi göstərdiyi bu arqumentlə razılaşmırlar. Elə Ovik Abramyanın rəhbərliyi ilə ötən il yaradılmış koorusi ya ilə mübarizə şurasının adının açıqlanmasını istəməyən üzvü Rusiyanın «Kolokol Rossii» portalına bildirib ki, Avropa Birliyinin kreditdən imtinasının kökündə Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsinin qaldırılması, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Qarabağ miünaqişəsində iştirakı durur. Yəni Avropa Birliyi Ermənistanın bu addımlarına qarşı çıxır.

Maraqlıdır ki, həmin tədbirdə korrpusiyaya qarşı mübarizə üzrə beynəlxalq «Transparency International» təşkilatının nümayəndəsi Varujan Oktanyan da çıxış edərək aprel döyüşlərindən danışıb: «Əgər belə davam edəcəksə, bu, dövlət müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Aprel müharibəsi bunu göstərdi».

Bütün bunlar göstərir ki, hətta Azərbaycanla soyuq münasibətləri olan beynəlxalq təşkilatlar Ermənistanın Dağlıq Qarabağda apardığı işğalçıq siyasətinə qarşı çıxırlar. Bu mövqe aprel döyüşləri günlərində Ermənistan prezidenti Serj Sarkisyanı qəbul etmiş Almaniya kansleri Angela Merkel tərəfindən də səsləndirilmişdi. Merkel münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacib olduğunu bildirmişdi.

Beynəlxalq təşkilatların bu mövqeyini Azərbaycanın xarici siyasətinin uğuru kimi dəyərləndirmək olar. Hələ 1990-cı illərdən erməni lobbisi aktiv iş apararaq münaqişəni milli-azadlıq hərəkatı kimi təqdim etməyə çalışırdı və bu sahədə müəyyən uğurlar əldə etmişdi. Buna misal kimi ABŞ Konqressi tərəfindən Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişi və s. göstərmək olar. Amma belə görünür ki, son illərdə Azərbaycan öz haqlı səsini müəyyən qədər beynəlxalq birliyə çatdıra bilib. Rəsmi Bakı bu fəaliyyətin bir qədər də dərinləşdirməklə öz ərazi bütövlüyünü hərb yolla təmin etmək üçün beynəlxalq səviyyədə legitim dəstəyə nail ola bilər.






Fikirlər