Ramiz Mehdiyevin 79 yaşı TAMAM OLDU

Ramiz M

Bu gün Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin ad günüdür.Ramiz Mehdiyevin 79 yaşı tamam olur.

Xatırladaq ki, Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub.
1982-ci ilin dekabrında Azərbaycan KP MK-nın katibi seçilib. 1988-ci ilin mayında MK-nın plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar olaraq Azərbaycan KP MK-nın katibi vəzifəsindən azad edilib.
Ramiz Mehdiyev 1988-ci ildə AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutunun şöbə müdiri təyin olunub. 1993-cü ildən fəlsəfə elmləri doktorudur.

1994-cü ilin fevralında prezident Heydər Əliyev Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edib. 2009-cu ildən, respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq, R.Mehdiyev Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəridir.
1980-1990 illərdə – iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə Milli Məclisin üzvü seçilib.
R.Mehdiyev Qırmızı Əmək Bayrağı, “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunub.

 






Fikirlər