Ali Məhkəməyə yeni hakim TƏYİN EDİLDİ
Ali Məhkəməyə yeni hakim təyin edilib. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. İclasda Əziz Seyidovun Ali Məhkəmənin hakimi seçilməsi üçün namizədliyi irəli sürülüb. Ə.Seyidovun namizədliyi səsə qoyularaq təsdiq edilib.