Türkiyədə məşhur baş redaktoru ÖLDÜRÜLDÜ
Türkiyədə "Yeni Akit" qəzetinin baş rekdaktoru Kadir Demirel öldürülüb. "Qaynarinfo" xəbər verir ki, tanınmış yazar Başakşəhərdə kürəkəni tərəfindən qətlə yetrilib. Məlumata görə, Kadir Demirel Başakşəhərə 31 yaşlı qızı Esma Karanfillə Cemil Yavuz Karanfili barışdırmaq üçün yollanıb. Uzun müddətdi yola gedə bilməyən cütlük məhkəməyə müraciət etmişdi. İddiaya görə, əri tərəfindən döyülən Esma Karanfil dünən atasına zəng edərək kömək istəyib. Baş redaktor isə onlarla danışdıraraq barışdırmaq üçün Başakşəhərə yollanıb. Kadir Demirel qızı və kürəkənini barışdırmağa çalışarkən Mübahisə yaranıb. Bu zaman Cemil Yavuz Karanfil 56 yaşlı qayınatasını qarın boşluğundan 3 dəfə bıçaqlayıb. Baş redaktor hadisə yerində dünyasını dəyişib. "CYK CNC Makine"nin sahibi olan Cemil Yavuz Karanfil həyat yoldaşını da bıçaqlayıb. Ağır yaralanan Esma Karanfil xəstəxanaya yerləşdirilib. Cemil Yavuz Karanfil olaydan sonra polisə gedərək təslim olub. Qeyd edək ki, Kadir Demirel əvvəllər "Milli", "Sabah", "Zaman", "Yeni Şafak" qəzetlərində çalışıb. O, 2014-cü ildən "Yeni Akit" qəzetinin baş redaktoru idi.