İlham Əliyev İstanbulda ABŞ-ın dövlət katibi ilə görüşdü - YENİLƏNİB
İyulun 10-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olubBu dəqiqələrdə İstanbulda ABŞ dövlət katibi Reks Tillersonla Azərbaycan prezidenti İlham Əliyevin görüşü başlayacaq.
Bu barədə Turan-ın Vaşinqton müxbirinə ABŞ Dövlət Departamentindəki məlumatlı mənbə bildirib.
Müzakirə olunacaq məsələlər açıqlanmır. Ancaq sirr deyil ki, ənənəvi mövzulara -energetika, regional təhlükəsizlik, demokratiya və ikitərəfli münasibətlərə toxunulacaq.