Jirinovski Azərbaycana məsləhət verdi – “Onun sözlərinə FİKİR VERMƏYİN…”

jirinovski-88

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Moskva-Bakı” nəşri üçün Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudun Rusiyaya tarixi səfərini, həmçinin Avropa Şurasının baş katibi Turborn Yaqlandın Azərbaycana hücumlarını şərh edib.

Jirinovskinin fikrincə, Səudiyyə Ərəbistanı kralının səfəri onu göstərir ki, Yaxın Şərq Rusiyaya döğru meyllənir.

“Partiyamız bunu 25 ildir ki deyir. Bu konsepsiya “Cənuba son hücum” kitabında əksini tapıb. Deyirik ki, Cənubla əməkdaşlıq etmək lazımdır. Qərbdə tüpürürlər? Qoy boşluğa tüpürsünlər. Cənubda isə hərəkətlərinə yenidən nizam verirlər, bizə tərəf gəlirlər. Səudiyyə Ərəbistanı, İraq, Türkiyə, Liviya, Suriya, kürdlər, İsrail qapımızı döyürlər. Biz Cənuba doğru hərəkət edirik, Cənub isə bizə doğru”, – siyasətçi bildirib.

O ki qaldı Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın bəyanatlarına, Jirinovski hesab edir ki, Azərbaycanın onun sözlərinə fikir verməsinin mənası yoxdur: “Diqqət yetirməyin və belə cavab verin: “Sizin özünüzdə çoxdan bəri insan hüquqlarına ən vəhşi şəkildə riayət olunmur”. (Virtualaz.org)






Fikirlər