«Qərb terrooçuları maliyyələşdirir» – ƏRDOGAN

receb-tayyib-erdogan-recep-tayyib-erdogan

«AzPoolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Gumhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Qərb ölkələri «İslam dövləti» («İD»), «Əl-Qpidə» terrorçu qruplaşmalarına və Kürd fəhlə partiyasına («PKK») dəstək verir.

Hakim Ədalət və İnkişaf partiyasının fəalları qarşısındakı çıxışı zamanı Ərdoğan qeyd edib ki, «Türkiyənin düşmənləri» məhz Qərbdə sığınacaq tapırlar.

Prezident islamçı Fətulla Gülən təşkilatını da bu sıraya aid edib. Məlumdur ki, Gülən Amerika Birləşmiş tatlarına (ABŞ) sığınıb və bu ölkədə yaşayır.

«İŞİD, «Əl-Qaidə», PKK – Siz, bütün bu təşkilatların arxasında Qərbin kölgəsini görürsünüz. Onlar hamısı Qərbdə sığınacaq tapırlar. «FETÖ»hardadır? O da Qərbdə. Onlar çox ciddi maliyyə dəstəyi alırlar» – deyə, «NTV» telekanalı Ərdoğandan sitat gətirir.

Bundan əvvəl Türkiyə Prezidenti bəyan edib ki, ölkəsi öz sərhədlərində yeni dövlətlərin yaradılmasına yol verməyəcək. Məlumdur ki, «müəyyən qüvvələr» buna çalışırlar.






Fikirlər