AMİP-dən Müsavata sərt SÖZLƏR: “Buna mənəvi haqları YOXDUR”

“Müsavat Partiyası ilə AXCP arasında ədavət yeni deyil. Bu ədavət artıq neçə illərdir ki, şiddətli və amansız halda davam edir. Mən bu qarşılıqlı təhqir və ittiham dolu söz duelinə müdaxilə etmək istəməzdim. Özləri bilərlər.

 

Lakin birdən birə Müsavatçıların araqarışdıran hərəkətlərə əl atmaları ondan xəbər verir ki, bunlar islah olunmayıblar və zərərli vərdişlərindən də əl çəkməyiblər”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi şurasının üzvü Əli Orucov deyib.

O bildirib ki, bu cür fikir səsləndirməyə onların heç bir əsası yoxdur.

 

“Nə Müsavat Partiyasının rəhbərliyinin, nə də sıravi üzvlərinin AMİP və onun Lideri Etibar Məmmədov haqqında təftişçilik etmələrinə, bu və ya digər şəkildə suçlamalarına, bu cür fikir bildirmələrinə nə sifətləri, nə mənəvi haqları, nə də əsasları var. Bunlar siyasi əqidənin nə olduğunu da bilməzlər. Ona görə də baş qoşmağa dəyməz”

Qeyd edək ki, Müsavat Partiyasının üzvü Kərim Kərimli sosial şəbəkədə Əli Kərimli və Etibar Məmmədovun fotolarını paylaşaraq, onları hakimiyyətlə ittifaqa girməkdə təqsirləndirib:

 

“14 il bundan öncə Əli Kərimli Etibar Məmmədovu dəstəkləyib Azərbaycana ən böyük zərbəsini vurdu...”.

 

Kərim Kərimlinin bu statusu Müsavat Partiyasının tanınmış Məclis üzvləri - Kəmalə Bəhlulova, Əbülfəz Səfərli və digər şəxslər tərəfindən şərh olunaraq, dəstəklənib. AXCP üzvləri isə buna etiraz edib. 






Fikirlər