Avropa MƏHV OLACAQ: almanlar və ingilislər hərəkətə keçdi – KƏŞFİYYAT MƏLUMATLARI
Almaniya Hərbi Araşdırmalar Mərkəzinin araşdırmasında Qərb sisteminin 2040-ci ildə yox olacağı və Avropa İttifaqının çökəcəyi deyilir.
Alman hərbi strateqlərinin hesabatını əldə edən “Spiegel” jurnalı “orduya görə Avropa İttifaqı və Qərb arasında bölünmə önümüzdəki bir neçə 10 il içində reallaşa bilər” deyə yazıb. Alman hərbiçilərinin ssenarisinə görə, bir sıra Şərqi Avropa ölkəsi Avropa İttifaqından çıxacaq və Şərq blokuna – Rusiya siyasi modelinə qatılacaq.“The Guardian” qəzeti İngiltərənin öz gələcəyi üçün nə edəcəyini gündəmə gətirib. Paul Masonun müəllifi olduğu məqalədə deyilir ki, “Almaniya təcili planı hazırdır, ümid edirəm ki, bizim də hansısa planımız var”.
Müəllif hesab edir ki, ən ciddi problem terrorizm, iqtisadi sistem və Avropaya axın edən miqrantlardır.
“Perspektiv Strategiya 2040” adlanan hesabatda deyilir ki, Avropa İttifaqının inkişafı arxa plana keçdi: “Digər dövlətlər də ittifaqı tərk etdi və Avropa qlobal rəqabət gücünü itirdi. Böyüyən xaos və qlobal müharibə Almaniya və Avropanın təhlükəsizliyini dəyişdirdi”.
“İngiltərə Müdafiə Nazirliyi alman hərbiçilərinin hesabatını dəyərləndirməli və təcili plan hazırlamalıdır”, - deyə o qeyd edib.Publika.az