Saakaşvili oğlunun köməyinə GƏLDİ
Xəbər verdiyimiz kimi, Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin yetkinlik yaşına çatmayan oğlu onu qarşılayan şəxs olmadığı üçün Kiyev aeroportunda saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan feysbuk hesabında yazıb: “Həqiqətən də, noyabrın 10-da saat 18:30-da Borispol aeroportuna Tbilisi reysi ilə Mixail Saakaşvilinin oğlu olan yetkinlik yaşına çatmayan Ukrayna vətəndaşı gəlib. Təəssüf ki, uşağı aeroportda yaxın qohumlarından və ya digər səlahiyyətli şəxslərdən heç kəs qarşılamayıb. Aeroporta həmin vətəndaşın atası gəldikdən sonra sərhədçilər yetkinlik yaşına çatmayan vətəndaşın sərhədi keçməsini qeydiyyata aldılar”. Qeyd edək ki, daha əvvəl Saakaşvili bütün sənədləri qaydasında olmasına baxmayaraq, oğlunun onu müşayiət edən Gürcüstan Dövlət Mühafizə Xidmətinin əməkdaşı ilə birgə Kiyev aeroportunda saxlanıldığını bəyan etmişdi.