Mixeil Saakaşvili barədə - MÜHÜM QƏRAR

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynada qalacaq.

“Ölkə.Az” xəbər verir ki, bu barədə o, özün “Facebook” səhifəsində yazıb. M.Saakaşvilinin sözlərinə görə, ona Ukraynada leqal yaşadığına dair sənəd verilib.

Bu gün Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal yaşadığıma dair sənəd aldım. Təbii ki, mən bununla kifayətlənməyəcəyəm. Çalışacağam ki, vətəndaşlıq da alım”, Saakaşvili yazıb.

Qeyd edək ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko bu il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib. Ancaq M. Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları ilə 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb.

Ancaq Ukrayna baş prokuroru Yuriy Lutsenko M. Saakaşvilinin sərhədi keçməklə bağlı həbs edilməyəcəyini bildirib. Eyni zamanda baş prokuror deyib ki, M. Saakaşvili ilə bağlı Ukraynada hüquqi məsələlər tənzimlənənə qədər sabiq Odessa qubernatoru Gürcüstana da deportasiya edilməyəcək.






Fikirlər