Afrika ölkələri Trampın ÜZR İSTƏMƏSİNİ TƏLƏB edirlər: DƏRHAL

  Afrika ölkələri Trampın üzr istəməsini tələb edirlər: DƏRHAL

ABŞ prezidenti Donald Trampın son bəyanatları Afrika ölkələrində ciddi etirazlara səbəb olub.

"AzerTaym" Publika.az-a istinadən xəbər verir ki, Ağ Evdə keçirilən müşavirədə Donald Tramp Haiti, Salvador və bir sıra Afrika ölkələrini "murdar" adlandırıb.

Afrika ölkələrinin BMT-dəki səfirləri məsələni iclaslarda qabardıblar və onun dərhal üzr istəməsini tələb ediblər.

Onlar bildiriblər ki, ABŞ liderinin ölkələri haqqında sözləri yolverilməzdir və irqçiliyə xidmət edir.

 






Fikirlər