Trampla görüş üçün DİZ ÜSTDƏ… - Kim Çen barədə ŞOK İDDİA

Trampla görüş üçün diz üstə… - Kim Çen barədə ŞOK İDDİA

ABŞ-ın Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri haqqında bəyanatları ABŞ-KXDR sammitinin ləğvi ilə nəticələnə bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culianinin bəyanatını şərh edən Rusiyanın Federasiya Şurasının üzvü Frans Klinseviç bildirib.

“Belə bəyanatlarla sammiti tamamilə ləğv etmək olar. Hər halda normal diplomatik təcrübənin çərçivələrinə sığmayan olduqca qəribə bəyanatdır”, - senator vurğulayıb.

Xatırladaq ki, “Blomberg” agentliyinin yazdığına görə, Trampın vəkili Şimali Koreya liderinin Trampla görüş üçün Amerika tərəfindən “dizi üstə” xahiş etdiyini deyib.






Fikirlər