“ƏSƏRİN SAMİTİ” nə vaxt olacaq? – Tramp ANONSUNU VERDİ
“Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşüm çox tezliklə olacaq”. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla görüşdə bildirib. Trampın sözlərinə görə, Şimali Koreya lideri “özünü çox açıq aparır. Kimlə Çen Inla görüş çox sürətli olacaq. Bizə dedilər ki, onlar mümkün qədər tez görüşmək istəyirlər. Və bu, bütün dünya üçün çox yaxşıdır. Kim Çen In özünü həqiqətən çox açıq aparır və mən düşünürəm ki, o, çox dürüstdür”, - Amerika lideri deyib.