Şimali Koreya dövlət mətbuatı “ağıllı siyasətçi” Donald Trampı dəstəkləməyi təklif edir

Şimali Koreya dövlət mətbuatı “ağıllı siyasətçi” Donald Trampı dəstəkləməyi təklif edir

Musavat.com Washington.post qqəzetinə istinadən bildirir ki, həm bir çox xarici dövlət rəhbərlərin, habelə qərb mediasından kəskin tənqidlərə məruz qalan Respublikaçıların vahid namizədinə ən gözlənilməz dəstək Şimali Koreyadan gəlib.

Şimali Koreya Xalq Demokratik Respublikasının dövlət qəzeti xüsusi məqalədə Trampı digər namizəd Klintondan daha ağıllı hesab edib. 
Qəzetin yazdıına görə, Tramp digər siyasətçilərdən fərqli olaraq beynəlxalq məsələlərə daha çevik və praktik yanaşır. 
Qəzet Trampın ABŞ-ın Koreya yarımadasının iki dövləti arasında Cənubi Koreyanın tərəfində  münaqişəyə qarışmasının ədalətli olmadığı barədə fikirlərini bəyəndiyini qeyd edib.  Maraqlıdır ki, Şimali Koreya dövlət qəzeti Trampın əsas rəqibi Klintonu “səfeh” və “cansıxıcı” adlandırıb.
Xatılradaq ki, Donald Trump Koreya münaqişəsi ilə bağlı gözlənilməz çıxışları ilə seçilib. Amerikanın əmlak kralı da sayılan Tramp bu yaxınlarda "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə ABŞ-ın Cənubi Koreyanı müdafiə etməsini ədalətsiz adlandırıb. Tramp prezident seçiləcəyi təqdirdə ABŞ qoşunlarının Cənubi Koreyadan çıxaracağını da söyləyib. 
Respublikaçı vahid namizəd Cənubi Koreyaya öz nüvə silahını yaratmağı da məsləhət görüb.
Donald Tramp hətta Şimali Koreya lideri Kim Çen Inla da görüşmək istədiyini və bunda problem görmədiyini bildirib.

 






Fikirlər