Trampın SSRİ-yə səfərində hansı planlar HAZIRLANDI?
ABŞ-ın indiki prezidenti Donald Trampı hələ 1987-ci ildə Moskvaya səfəri zamanı işə cəlb etdilər. Publika.az xəbər verir ki, bu iddia ilə “New York Magazine” jurnalı çıxış edib. Nəşr Trampın siyasi karyerasının başlanğıcını onun 1987-ci ildə mehmanxana tikintisinin müzakirəsi üçün Moskvaya səfəri ilə bağlayır. Amerikanın gələcək prezidenti bundan bir il əvvəl sovet səfiri Yuri Dubininlə görüşüb. Bildirilir ki, mehmanxananı tikmədilər, ancaq Tramp SSRİ-dən siyasi ambisiyalarla qayıtdı. Bildirilir ki, 1987 və 2013-cü illərdə Moskvaya səfərindən sonra Kremldə Trampa qarşı kompromatlar ola bilər. Bundan başqa, jurnalın versiyasına görə, ABŞ prezidentinin öz vergi bəyannaməsini dərc etmək istəməməsi onunla bağlı ola bilər ki, o, çox illər boyunca Rusiyadan pulunu almağın müxtəlif üsullarını bacarırdı. Qeyd edək ki, hazırda ABŞ-da 2016-cı ildə keçirilən president seçkilərinə Rusiyanın müdaxiləsi, həmçinin Trampın Moskva ilə güman edilən əlaqələri araşdırılır. Lakin mümkün əlaqələr haqqında səsləndirilən ittihamlar həm Ağ Evdə, həm də Kremldə təkzib edilir. ABŞ və Rusiya prezidentləri iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər. Kremldə verilən açıqlamaya görə, onlar ikitərəfli münasibətlərin sonrakı inkişafının perspektivləri və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə etməyə hazırlaşırlar. Bu sammit Putin və Trampın birinci tam formatlı görüşü olacaq.