FIRTINA öncəsi səssizlik – SAATLAR QALDI
ABŞ-ın rahib Andrey Kreyk Brunsonun həbsinə əsas gətirərək Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq etməsi iki arasındakı münasibətləri daha da pisləşdirdi. Gözlər Türkiyənin verəcəyi cavaba çevrildi. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın sanksiya qərarından sonra ilk rəsmi təmas bu gün olacaq. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo Sinqapurda ASEAN saamiti çərçivəsində görüşəcək. KİV bildirir ki, Ankaranın ABŞ-a qarşı atacağı addımlar artıq masa üzərindədir. Kritik görüş öncəsi bağlı qapılar arxasında aparılan görüşlərdə iki nazirə qarşı sanksiya qərarından sonra Türkiyəyə qarşı hansı addımlar atıla biləcəyi, həmçinin Türkiyənin cavab variantları müzakirə edilib. Xarici siyasət idarələrinin başçılarının keçirəcəyi görüş bir sıra məsələlərə aydınlıq gətirə, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirə bilər.