“Avropa əvvəlcə NATO-ya borcunu ödəsin, sonra…” – TRAMPdan TƏNƏ...
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Avropa İttifaqının digər ölkələrdən, o cümlədən ABŞ-dan qorunmaq üçün öz ordusunun yaratmasına dair dediklərini “təhqiramiz fikir” adlandırıb. "AzerTaym.az"-ın məlumatına görə, Donald Tramp qeyd edib ki, Avropa əvvəlcə özünün NATO-ya olan borcunu təxirəsalınmadan ədalətli şəkildə ödəməlidir. “Prezident Makron təklif edib ki, Avropa ABŞ, Çin və Rusiyadan qorunmaq üçün öz ordusunu yaratmağı təklif edib. Çox təhqiramizdir, amma mümkündür. Avropa əvvəlcə özünün NATO-ya olan borcunu ədalətli şəkildə ödəməlidir, hansı ki, ABŞ susbsidiya ayırır”, – deyə Tramp “Tvitter”də yazıb. Qeyd edək ki, Donald Tramp əvvəllər də Avropa ölkələrini NATO-ya olan borclarını ödəmədikləri üçün tənqid edib. O qeyd edib ki, NATO-nun bütün ölkələri ümumi daxili məhsulun 2 faizini alyansa ayırmalıdırlar.