08.06.2014.- Fransa XİN: "Avropa Ukraynanı AB və NATO-da görməyə hazır deyil"

08.06.2014.- Fransa XİN: "Avropa Ukraynanı AB və NATO-da görməyə hazır deyil" "Əksər Avropa dövlətləri prezident Pyotr Poroşenkonun "avropayönlü səyləri"nə baxmayaraq, hələlik Ukraynanı Avropa Birliyində görməyə hazır deyillər".
Rusiya KİV-ə istinadən verilən xəbərə görə, Fransa xarici işlər naziri Loran Fabius Poroşenkonun inaqurasiya mərasiminə qatılmaq üçün getdiyi Kiyev səfərindən sonra bu bəyanatla çıxış edib.
"Mən avropalı həmkarlarımla söhbətlər zamanı görürəm ki, Ukraynanın Avropa Birliyinə qəbulu ideyası onların əksəriyyəti tərəfindən dəstəklənmir. Bu, aydındır", - Faibus deyib.
Onun sözlərinə görə, Poroşenkonun inaqurasiya mərasimində söylədiyi nitq öz xarakterinə görə "açıq-aşkar avropayönldür": "Hətta ola bilsin ki, Avropa İttifaqı ölkələrinin istəməyəcəyindən də artıq avropayönlüdür".

Fabius həmçinin bildirib ki, onun qərbi həmkarlarından heç biri Ukraynanın NATO-ya daxil olmasına da razı deyil: "Hətta amerikalılar da bunu istəmir".






Fikirlər