12.02.2014. - Avropa Birliyi Azərbaycana pul ayırdı
AzerTaym.az xəbər verir ki, bu barədə Bakıda layihənin təqdimetmə mərasimində Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard açıqlama verib.
“Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığı Gürcüstan-Azərbaycan, Gürcüstan-Ermənistan, Ukrayna-Moldova, Ukrayna-Belarus sərhədlərindəki ərazilərin inkişafını nəzərdə tutur.
Layihənin məqsədi regionların stabilliyi üçün şərait yaratmaq, yerli əhalinin sosial həyatının yaxşılaşdırılması, region iqtisadiyyatının stimullaşdırılmaq, səhiyyə, gənclərin məşğuliyyəti və s. dəstək olmaqdır.
Layihə Azərbaycanın Gəncə-Qazax və Şəki-Zaqatala regionlarını, Gürcüstanın Kvemo-Kartli və Kaxetiya bölgələrini əhatə edəcək.
Mard hesab edir ki, ortaq proekt Avropa Birliyi ilə Azərbaycan arasındakı əməkdaşlığı gücləndirəcək.
“Trans sərhəd məsələsi Avropa İttifaqı üçün çox önəmlidir və bu Azərbaycan-Aİ münasibətlərini möhkəmləndirəcək”-deyə səfir bildirib.
M.Mard xatırladıb ki, layihə çərçivəsində Azərbaycanla Gürcüstana 1,3 milyon avro vəsait ayrılıb.