TRAMP bütün dünyanı TƏHDİD ETDİ: ABŞ-a pul ödəyin, ya da...

Related image

Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə əlaqədar Fransanın paytaxtı Parisdə keçirilən tədbirlərdə iştirak edən ABŞ prezidenti Donald Tramp ölkəsinə qayıtdıqdan sonra sosial şəbəkə üzərindən digər ölkələri təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Amerika lideri ABŞ-ın başqa ölkələrin müdafiəsi üçün yüz milyardlarla dollar xərclədiyini bildirib.

Fransada ABŞ-la həm hərbi, həm də ticarət mövzusunda ədalətli davranılmadığı gerçəyini ortaya çıxarmaq asan olmadı. Digər ölkələrin qorunması üçün yüz milyardlarla dollar pul ödəyirik. Bu vəziyyətin davam etməyəcəyini söylədim. Bu vəziyyət hər zaman axmaq bir şəkildə ABŞ-ın əleyhinə oldu. Külli miqdarda pulu digər ölkələrin qorunması üçün xərclədik və qarşılığında heç bir şey almadığımız üçün ticarətdə itkilər yaşadıq. Bir çox zəngin ölkənin müdafiə olunması üçün ABŞ-a pul ödəməyin və ya özlərini müdafiə etməyin vaxtı gəldi. Ticarət sərbəst və ədalətli olmalıdır”, - Ağ Evin başçısı deyib.

Xatırladaq ki, Tramp daha əvvəl Rusiya və Çindən qorunmaq üçün Avropanın ABŞ-a bağlı olmayan öz ordusunun qurulması təklifi ilə çıxış edən Fransa prezidenti Emmanuel Makrona qarşı sərt açıqlamalar verib.

“Fransa prezidenti Makron “ABŞ, Çin və Rusiyadan qorunmaq üçün Avropanın öz ordusunun qurulmasının lazım olduğunu” bildirdi. Çox aşağılayıcı sözlərdir. Bəlkə Avropa əvvəlcə ABŞ-ın böyük dəstək verdiyi NATO-ya olan borcunu ödəsin”, - deyə Tramp bildirib.

 






Fikirlər