Ermənistanda seçkilərdən sonra Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsi QALDIRILA BİLƏR...

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək üç siyasi qüvvə - “İşıqlı Ermənistan”, “Biz” bloku və “Sasna tsrer” parityaları indidən hakimiyyəti Rusiya siyasətinə görə (strateji müttəfiqlik mənasında) tənqid edəcəklərinin anonsunu veriblər.

“Biz” blokuna daxil olan “Azad demokratlar” partiyasının lideri Xaçatur Kokobelyan isə parlamentdə Aİİ-dən çıxmaq barədə təşəbbüs irəli sürüb. Onu “İşıqlı Ermənistan” partiyası da dəstəkləyir.

“Sasna tsrer” partiyasının proporsional siyahısında 2-ci sırada gələn Stepan Qriqoryan bu gün Ermənistanın KTMT və Aİİ ilə bağlı bir sıra problemləri qaldırmalı olduğunu düşünür.

“Məsələn, biz 102 saylı hərbi bazanın saxlanmasına görə pul ödəyirik. Bütün dünyada isə bazanı saxlayan ölkə onun xərclərini çəkir. Bizim Rusiya ilə birgə hərbi birləşmə haqqında sazişdə Ermənistana qarşı hücum edilməsi təqdirdə rəhbərliyin Rusiya generalına verilməsi nəzərdə tutulub. Nə üçün? Demək istəyirik ki, biz heç də Aİİ və KTMT-dən mismarları çıxarmağı deyil, mexanizmin düzgün işləməsini istəyirik, ondan sonra başqa nəticələrə gəlmək olar. Keçmiş hakimiyyət Rusiyanı pis öyrədib. Rəsmi Moskva nəyi gətiribsə ona imza atıblar. Bu səbəbdən indi belə bir böhran vəziyyətindədyik”-deyə Stepan Qriqoryan qeyd edib.

Stepan Qriqoryan parlamentə keçəcəkləri halda Nikol Paşinyanın Rusiya ilə problemləri olacağı təqdirdə onun arxasında duracaqlarının proqnozunu verib.

“İşıqlı Ermənistan” partiyasından namizəd, deputat Gevorq Gorgisyan əvvəlki iqtidarın sürücülük vəsiqələrindən tutmuş (Rusiyada erməni vətəndaşları öz sürücü vəsiqələri ilə maşın sürə bilməzlər) KTMT-dəki bir sıra dövlətlərin Azərbaycanpərəst mövqe tutmasına qədər Ermənistanın maraqlarını təmin edə bilmədiyini deyib.

“Azad demokratlar” partiyasının sədr müavini, “Biz” blokunun üzvü Anjela Xaçaturyan isə həmişə Ermənistanın Aİİ-də təmsil olunmasının xarici siyasətin ən böyük səhvlərindən biri hesab etdiklərini, bununla bağlı vəziyyətin düzəldilməsi üçün məsələni parlamentdə qaldıracaqlarını söyləyib.






Fikirlər