ABŞ səfirliyindən jurnalistin ölümü ilə bağlı - BƏYANAT
ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.
"AzerTaym.az" xəbər verir ki,Səfirlikdən AzNews.az-a daxil olan bəyanatda bildirilir ki, ABŞ səfirliyi Rasim Əliyevin ölümü ilə bağlı onun ailəsinin kədərini bölüşür:
“Biz Azərbaycan hökumətinin tam istintaq tədbirlərini həyata keçirmək və bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək öhdəliyini alqışlayırıq”.