Arif Məmmədov sığınacaq istəyən konsul haqda yazdı - FOTO
Sabiq diplomat Arif Məmmədov Niderlanddakı səfirliyimizin konsulu olmuş və bu ölkədən sığınacaq istəmiş Nahid Cəfərovla bağlı məsləyə münasibət bildirib. Musavat.com xəbər verir ki, o, facebook səhifəsində bunları yazıb: “Əziz dostlar, hörmətli media nümayəndələri! Bu gün mətbuatda Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin konsulu Nahid Cəfərovla bağlı yayılan məlumatlara aydınlıq gətirmək istərdim. Əslində, dünənki yazımda da qeyd etmişdim ki, bizim diplomatlara qarşı təzyiqlər dəyanmasa siyasi qaçqın statusu almaq üçün müraciət edən diplomatların sayı artacaq. Siyasi sığınacaq statusu almaq əslində bizim xaricdə qalmaq arzumuzdan deyil, ailələrimizi qorumaq üçün atılan məcburi addımdır və bizim məqsədimiz demokratik Azərbaycan uğrunda işlərimizi müvəqqəti olaraq buradan davam etdirməkdir. “>