“Düşmənə on qat zərbə vurulacaq” – Zakir Həsənov – VİDEO
Müdafiə naziri Zakir HəsənovAzərbaycan ordusunun iriçaplı silahlardan istifadə etməsi məsələsinə aydınlıq gətirib. ANS TV-nin məlumatına görə, Zakir Həsənov bildirib ki, ermənilərə dəfələrlə xəbərdarlığa baxmayaraq bizim mülki əhaliyə yenə də atəş açıblar:“Xatırlayırsınızsa onlar bu yaxında toy mərasimini də atəşə tutdular. Həmin toy mərasimindən öncə xəbərdarlıq etmişdim erməniləri ki, onlar əgər mülki əhaliyə atəş açsalar cavablarını alacaqlar. Üstündən bir həftə keçdi, onlar atəş açdılar. Təbii ki, mən belə demişəm və göstəriş belə gedib orduya. On qat, on dəfə güclü, on dəfə iriçaplı silahdan onlara cavab veriləcəkdir. Azərbaycan onların atəşinə bütün imkanlarından istifadə edib cavab verir. Əgər onlar öz çirkin niyyətlərindən əl çəkməsələr, daha sarsıdıcı zərbə onların mövqelərinə vurulacaq”.
Mirşahin Ağayevin Zakir Həsənovla eksklüziv müsahibəsinə həftənin bazar günü “Xəbərçi”nin saat 21:00 buraxılışında baxa bilərsiniz.