MERAL AKŞENER: “Türk millətinə başsağlığı diləyirəm”

Türkiyənin tanınmış siyasıtçisi, İYİ Partiyanın lideri Meral Akşener Azərbaycan Xalq Hərəkatının liderlərindən biri, Azərbaycanın daxili işlər naziri olmuş İsgəndər Həmidovun vəfatı ilə bağlı başsağlığı mesajı yayınlayıb.

"AzerTaym.az" turkustan.info-ya istinadən xəbər verir ki, mesajda deyilir:

"Rəhmətlik Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Azərbaycanda daxili işlər naziri vəzifəsini icra etmiş, dəyərli vətənsevər İsgəndər Həmidovun vəfatını dərin bir üzüntü ilə qarşıladım. Ona Cənabi-haqqdan rəhmət, ailəsinə, sevənlərinə və Türk millətinə başsağlığı diləyirəm."






Fikirlər