Meral Akşener Elçibəyin ailəsinə başsağlığı verib – FOTO
İYİ Partiyanın lideri Meral Akşener Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə əlaqədar başsağlığı verib. “Report” xəbər verir ki, bu barədə məlumatı “yenicaggazetesi” yayıb. “Türk dünyasının birləşəməsi və qardaşlığı üçün ömrü boyu mübarizə aparmış, rəhmətlik böyüyüm Əbülfəz Elçibəyin dəyərli həyat yoldaşı Həlimə xanımı ititrməyin təsəvvür edilməz kədərini yaşayıram. Rəbbim məkanını cənnət eləsin”,- başsağlığında vurğulanıb. Qeyd edək ki, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.