Keçmiş deputat YAP-a üzv oldu
Milli Məclisin sabiq deputatı Çingiz Qənizadə Yeni Azərbaycan Partiyasına (YAP) üzv olub. “AzerTaym.az" bildirir ki, o, bu barədə modern.az-a açıqlamasında qeyd edib. Ç. Qənizadə YAP-a üzv olmaq üçün Prezident İlham Əliyevə müraciət etdiyini bildirib: “Mən partiya sıralarına qəbul olunmağım üçün YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına məktubla müraciət etdim. Bundan sonra prosedur qaydalar başlanıldı. Prosedura uyğun olaraq, Binəqədi rayonu ərazisində yaşadığım nəzərə alınaraq, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Aparatı ərazi ilk partiya təşkilatı İdarə Heyətinin 09.02.2021-ci tarixli iclasının qərarı ilə partiya sıralarına qəbul edildim. 10 fevral 2021-ci il tarixdə isə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclasında partiya sıralarına üzvlüyüm təsdiq edildi. Beləliklə, mən bundan sonrakı siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası sıralarında davam etdirəcəyəm”.