"Azərsu"da hesabat-seçki konfransı keçirildi - FOTOLAR

Ye­ni Azər­bay­can Par­ti­ya­sı "Azər­su” Açıq Səhm­dar Cəmiyyə­ti əra­zi ilk par­ti­ya təş­ki­la­tı­nın he­sa­bat-seç­ki konf­ran­sı ke­çi­ril­ib.
AzerTaym.az xəbər verir ki, ilk ərazi partiya təşkilatı İdarə Heyətinin üzvü Eti­bar Məmmə­dov partiya­nın yaran­ma ta­ri­xi, in­ki­şaf mər­hə­lə­lə­ri, öl­kə­nin ic­ti­mai-si­ya­si həyatın­da­kı müs­təs­na rolundan da­nış­mış, su tə­sər­rü­fa­tı iş­çi­lə­ri istehsalat sahə­lə­rin­də və­zi­fə borcla­rı­nı şə­rəf­lə ye­ri­nə ye­tir­mək­lə ya­na­şı par­ti­ya həyatında da xüsu­si fəal­lıq­la­rı ilə se­çi­ldiklərini bildirib.
YAP "Azər­su” ASC üz­rə əra­zi ilk parti­ya təş­ki­la­tı­nın səd­ri Hey­dər Abbasov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ötən dövrdə partiyanın qurucusu, ümum­mil­li li­der Heydər Əli­yev ide­ya­la­rı­nın ya­şa­dıl­ma­sı, Azərbay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, Yeni Azər­bay­can Partiya­sı­nın səd­ri İl­ham Əliye­vin uğur­lu da­xi­li və xa­ri­ci si­ya­sə­ti­nin, ölkəmizin ictimai-siyasi, sosial-iq­ti­sa­di sa­hə­lə­rin­də əl­də olu­nan nailiyyətlərinin ictimaiy­yət ara­sın­da ge­niş təb­liğ edil­mə­si istiqa­mə­tin­də mühüm təd­bir­lər gö­rül­üb. Eyni zamanda YAP-ın proq­ram və prinsipləri­nin təb­li­ği, parti­ya sı­ra­la­rı­nın genişləndiril­mə­si iş­lə­ri­nə xü­su­si diqqət ye­ti­ril­miş­dir. Hazırda "Azərsu” ASC ərazi ilk partiya təşkilatının 2463 üzvü var və onların 51,6 faizini gənclər təşkil edir. Bu gün daha 44 nəfər YAP üzvlüyünə qəbul üçün müraciət edib ki, bu da partiyanın sıralarının günbəgün genişlənməsinin bariz nümunəsidir.
"Azər­su” ASC üz­rə əra­zi ilk par­ti­ya təş­ki­la­tı­nın üzv­lə­ri Günel Eldarova, Anar Cəbrayıllı, Əbülfəz Kərimzadə he­sa­bat döv­rün­də təşki­la­tın fəaliy­yə­ti ilə bağlı çıxış edib.
Konf­rans iş­ti­rak­çı­la­rı yek­dil­lik­lə YAP "Azərsu” ASC əra­zi ilk par­ti­ya təşkilatının he­sa­bat döv­rü ər­zin­də fəaliy­yə­ti­ni qənaətbəxş qiymətləndiriblər.
Təd­bir­də çı­xış edən YAP Ya­sa­mal ra­yon təş­ki­la­tı­nın sədri Ta­ğı Əhmədov ölkəmizin ic­ti­mai-si­ya­si hə­ya­tın­da par­ti­ya­nın xid­mətlərin­dən danışıb, ümum­mil­li li­der Hey­dər Əli­yev ide­ya­la­rı­nın Pre­zi­dent İl­ham Əliyev tə­rə­fin­dən uğur­la hə­ya­ta keçirildiyini bildirib: "Ye­ni Azərbaycan Par­ti­ya­sı­nın ya­ran­dı­ğı gün­dən öz siya­si xət­ti­nə sadiq­li­yi, xalq, döv­lət qar­şı­sın­da xid­mət­lə­ri, öl­kə­mi­zin bir-bi­ri­ni əvəz­lə­yən uğurları onun cə­miy­yət­də­ki möv­qe­yi­ni da­ha da möh­kəm­lən­dir­miş, ümum­xalq partiyası ol­du­ğu­nu təs­diq­lə­miş­dir. YAP "Azər­su” ASC ilk əra­zi parti­ya təş­ki­la­tının fəaliyyəti qənaətbəxş hesab edilməli, par­ti­ya sı­ra­la­rı­na gənc­lə­rin axı­nı fərəh­lən­di­ri­ci hal ki­mi qiymətləndirilməlidir".
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov YAP-nın yaranma tarixi, keçdiyi inkişaf yolu haqqında fikirlərini söyləyərək qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz inkişaf edir və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur. "Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri, bu gün partiyanın devizinə çevrilmişdir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan xalqı ümummilli liderin siyasi kursuna sədaqətini daim nümayiş etdirir və bu siyasətin alternativi olmadığını qəbul edir. Ümid­va­rıq ki, par­ti­ya üzvlərimiz möh­tə­rəm Pre­zi­dent İlham Əli­ye­vin müəy­yən­ləş­dir­di­yi siya­si kur­sun həya­ta ke­çi­ril­mə­si­nə, əha­li­nin içmə­li su təc­hi­za­tı və kanali­za­si­ya xidmətlərin­dən is­ti­fa­də­si­nin yaxşılaşdırılmasına layiqli töh­fə­lərini verəcək­lər”.
Son­ra təş­ki­la­ti mə­sə­lə­lə­rə ba­xı­la­raq 13 nəfərdən ibarət ida­rə he­yə­ti formalaşdırılmışdır. İdarə Heyəti tərəfindən Hey­dər Ab­ba­sov YAP "Azərsu” ASC əra­zi ilk partiya təşkila­tı­nın səd­ri, Gü­nay Məm­mə­dli və Qa­far Mədə­tov isə sədr müavinlə­ri se­çil­ib.






Fikirlər