Nərimanov Gənclər və İdman İdarəsində tələbələrlə görüş keçirilib

  22 fevral 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində rayonda yerləşən “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib. 

Görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov İdarəninin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat vermiş və qeyd etdi ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının 24 ili tamam olur. Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə, 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

N.Novruzov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb qeyd etdi ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi yeni qələbələrə doğru inamla irəliləyir.

Sonra çıxış edən “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Asəf Cabbarlı İdarə tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlığa görə öz minntədarlığını bildirdi, fəal gəncləri və fakultə sədrləri təqdim etdi və qeyd etdi ki, bu gün bütün sahələrdə inkişafın təməli olan sabitliyin, əmin – amanlığın yaranmasının, müasir dövlətçiliyimizin memarı, Ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Onun bizlərə olan tövsiyyələri xalqımızın milli ideologiyasının və hələ neçə illər gənc nəslin formalaşdırılmasında müstəsna rolu olacaqdır.

Görüşün sonunda İdarə rəisi gəncləri maraqlandıran sualları cavablandırıb, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirakına, Tələbə-Gənclər Təşkilatının formalaşmasında xidmətlərinə və təhsilində fərqləndiyinə görə 11 nəfər Təşkilatın fəal üzvləri Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən "Fəxri Fərmanlar" ilə təltif edilmişdir.

AzerTaym.az






Fikirlər