PREZİDENTLƏR BİRGƏ BƏYANATLA ÇIXIŞ ETDİLƏR - ŞUŞA bəyannaməsindən danışdılar + VİDEO

"Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var".

Bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.

Dövlətimizin başçısı deyib: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır".

“Bu gün fərqli bir həyəcanın və hisslərin içərisindəyik. Allaha həmd olsun ki, daha əvvəllər söz verdiklərimizi bu gün yerinə yetirdik. Şükürlər olsun ki, 44 günlük müharibədən sonra Qarabağ öz sahiblərinə qayıtdı, erməni işğalından azad olundu”.

 Bunu isə Şuşada səfərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini xüsusi vurğulayan Prezident Ərdoğan deyib: “Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

İki ölkə Prezidentinin tarixi Şuşa görüşündən sonra mətbuata açıqlamalarının videosunu təqdim edirik:

 

 






Fikirlər