Peskov Putin-Paşinyan görüşü haqda: "Bunun alternativi yoxdur"
Üçtərəfli razılaşmaların reallaşdırılması çərçivəsində həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi ilə təmaslar daimi əsasda davam etdirilir. Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Rusiya Prezidenti ilə Ermənistanın baş naziri vəzifəsinin icraçısı arasında bir gün əvvəl aparılan danışıqlara gəldikdə isə D.Peskov deyib: “Bu görüşdə liderlər ikitərəfli münasibətlər barədə ətraflı danışdılar. Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinin və ticari-iqtisadi əməkdaşlığın müxtəlif nüanslarını müzakirə etdilər”.