İlham İsmayıl: ''MTN kadr böhranı yaşayır''

 

Ötən şənbə prezident İlham Əliyevin milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən çıxartması, İlham İsmayılla söhbətimizdə mövcud vəziyyətin yaratdığı suallara cavab axtarmağa çalışdıq.ardınca nazirliyin generallarına cinayət işi açılması bu istiqamətdə sualların sayını artırdı. MTN-nin zabiti, ekspert 

- İlham müəllim, Respublika Prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyinin 7 zabitinin həbsi barədə məlumatından xəbərdarsınız. Ancaq məlumatda şəxslərin kimliyi açıqlanmır. Sual yaranır; bu məsələ dövlət sirridirmi ki, 7 nəfərin kimliyi gizlədilir?

-        Əlbəttə, düzgün deyil və kimlərin saxlanması barədə heç işarə də yoxdur. Birincisi, saxlanılanların hamısının ad və soyadları yazılmalıydı, çünki istintaq sirri deyil. Ya bu barədə heç bir açıqlama verməməliydilər, ya da filankəslərin saxlandığını elan etməliydilər. Yoxsa mətbuat açıqlamanı oxuyub, istədiyi adamın adını yaza bilər.

-        Son 3 günün hadisələrini Azərbaycanın milli təhlükəsizliyi baxımından necə təhlil edərdiz? Baş verənlərin  mənfi və müsbət tərəfləri nədən ibarətdir?

-        Ümumiyyətlə, təhlükə ya daxildən, ya xaricdən gəlir. Nə xaricdən, nə də daxildən elə bir təhlükə gözlənilmir ki, naziri həbs etsinlər, yəni qlobal təhlükəsizlik deyil. Əvvəla, 11 illik rəhbərlik milli təhlükəsizlik sistemini böyük təhlükəyə qoyub və bu gün bunlar məlum olur. Problem bundan sonra həmin sistemi ayaqüstə qaldırmaqdır. Amma nəzəri baxımdan 11 il sonra qarşısının alınması da müsbət haldır. Geniş mənada həmin rəhbərliyin xarici kəşfiyyata qarşı vuruşduqlarını düşünməyin. Məlum olur ki, bu adamların işi pul yığmaq olub, vəssalam!

-        Prezidentin fərman və sərəncamından birinci müavin postunun yaradılması və Pentinsiar Xidmətin rəisi Mədət Quliyevin həmin vəzifəyə gətirilməsi məlum oldu. Bu mənada birinci müavin postuna ehtiyac vardımı və Mədət Quliyev bu vəzifəyə tam mənada hazırdırmı?

-        Sualınızın birinci hissəsinə cavab verək, indiyə qədər birinci müavin yox idi. Strukturda olsa da, yerin vakant saxlanması olmayıb. Xatırlayırsınızsa, Nəriman İmranovun dövründə Namiq Abbasov birinci müavin idi. Namiq Abbasov nazir təyin olunandan sonra birinci müavin struktur olaraq qalsa da, heç kəs o vəzifəyə təyin olunmadı. 2004-cü ildən sonra da birinci müavin təyin olunmadı. Amma birinci müavin strukturda var, SSRİ dövründən belə qalıb. Mədət Quliyevə gəlincə, düşünək və özümüzə sual verək: komanda üzvlərindən kimi təyin etsinlər? Ölkədə kifayət qədər kadr qıtlığı açıq şəkildə hiss olunur. Bu, xüsusən MTN-də görünür, çünki bu nazirlik 10-15 ildir kadr böhranı yaşanır, məsələ ondadır ki, Namiq Abbasovun dövründə də xeyli peşəkar nazirliyi tərk etməyə məcbur oldu. O zamandan başlayaraq peşəkar kadrlar vuruldu. Həm də gedənlərin içindən ciddi fiqur qalmayıb ki, onu nazirliyə rəhbər təyin etsinlər. Adətən keçid dövründə peşəkardan çox ciddi fiqur qoyulmalıdır. O siyasi fiqur ki, təmiz olmalı, ölkənin marağını gözləməli və nüfuzlu şəxs kimi tanınmalıdır. Ən azı ölkənin marağı hara aparırsa, onu təhlükəsizlik baxımdan olduğu kimi dəqiq və təmizliklə yerinə yetirsin.

-        Ancaq sosial şəbəkələrdə məsələ müzakirə olunarkən fərqli yanaşma qoyuldu. Bildirildi ki, Eldar Mahmudov DİN-dən gəldi və 11 ildə nazirliyi korrupsiya yuvasına çevirdi. Mədət Quliyev həbsxanalara rəhbərlıik edibsə, ölkəni həbsxanaya çevirəcək, baxmayaraq ki, nazir yox, birinci müavindir.   

-        Mədət Quliyevi şəxsən Gəncədən tanıyıram, onun keçdiyi yol daha çox banditizmə qarşı mübarizədə olub. Ona görə bu adamın qanında əməliyyatçılıq kifayət qədər yüksəkdir. Düzdür, Pentinsiar Xidmət “aydan arı, sudan duru” deyil, təmizlik nisbi xarakter daşıyır. Ancaq Mədət Quliyevin peşəkar vərdişləri kifayət qədərdir. Məhz birinci müavin, əməliyyatçı və nizam-intizama xüsusi diqqət yetirən adam kimi Quliyev nazirlikdə əməliyyat işlərinə və nizam-intizama bir təkan verəcək. Amma birdən-birə olmayacaq. Xüsusi xidmət orqanının spesifikası var, bunu tədricən mənimsəyəcək. İkinci, Mədət Quliyev rusdillidir, kifayət qədər intellekti də var. 2004-cü ilə qədər MTN elitar hüquq-mühafizə orqanı olub. Nazirlikdə müraciətlər, davranışlar tənqidlər olmağına baxmayaraq, etik çərçivə daxilindəydi. 2004-cü ildən sonra bu çərçivə pozuldu və tam sovet milis aurası gəldi. Mən Mədət Quliyevin etik çərçivəni bərpa edəcəyinə inanıram. Ancaq nazirliyin işi baxımından ölkədə kifayət qədər kadr qıtlığı sezilir. Başqa bir məqam, nazirliyin əsas işi kadr dəyişikliyindən çox ölkənin təhlükəsizliyini təmin etməkdir. Bu işlə məşğul olmağa isə kadr yoxdur, aşağıdakılar qeyri-müəyyən vəziyyətdədirlər. Bunun üçün paralel olaraq kadr siyasəti aparılmalıdır, peşəkarlar üzə çıxmalı, onların qarşısında vəzifələr kəskin şəkildə qoyulmalıdır. Sadaladıqlarım birinci müavinin və nazirin gücü çərçivısində deyil. Bunun üçün bu sahəni bilən adamlar oturub dövlətin vacib qurumunu ayaqüstə qaldırmalıdırlar. (Meydan TV)






Fikirlər