MTN-ə TƏYİNATLAR BAŞLADI – Prezident birinci müavini təyin etdi

 

medet-guliyev-flashƏdliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Azərbaycanın milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Maraqlıdır ki, indiyədək bu vəzifəni tutan Elçin Əliyevin vəzifəsindən azad olunması barədə sərəncam elan olunmayıb. Digər müavinlər Hilal Əsədov və Əli Şəfiyevin də vəzifələrindən uzaqlaşdırıldığı haqda rəsmi məlumat yoxdur.

Bu fakt onu göstərir ki, Prezident nazir Eldar Mahmudovla yanaşı onun bütün komandasını istefaya göndərib və bu nazirliyi bütövlükdə rekonstruksiya edir.

Mədət Quliyevin birinci müavin vəzifəsinə təyin olunması artıq yeni nazirin kimliyi ilə bağlı da müəyyən bir fikir formalaşdığını göstərir. Yeni nazirin kim olacağı təxminən müəyyənləşmədən, Prezident ona 1-ci müavin təyin etməzdi.

AzPolitika.info

 






Fikirlər