“Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb” -“Caliber”
Özünü Xankəndidəki separatçı rejimin “dövlət naziri” elan etmiş Ruben Vardanyan Qarabağa qayıdıb.
Bu barədə “Caliber”in “Telegram” kanalı məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb.
Bu, nümayişkaranə şəkildə Azərbaycanın ünvanına tüpürməkdir.
Üstəlik, Moskvanın bu addımı Nikol Paşinyan hökuməti ilə razılaşdırıb.
Nəticələr bütün regional münasibətlər kompleksi üçün, ilk növbədə isə Ermənistan tərəfi üçün son dərəcə ağır olacaq.
Hələlik bu qədər”, - məlumatda vurğulanıb.