Qərbi Azərbaycan Xronikası: “Paytaxt İrəvan yox, Gümrü olacaqdı”

Qərbi Azərbaycan Xronikası: “Paytaxt İrəvan yox, Gümrü olacaqdı”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

Tarixçi-alim, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Prezident Kitabxanasının şöbə müdiri, əslən indiki Ermənistanın Amasiya rayonundan olan Nazim Mustafa müsahibəsində İrəvan xanlığının tarixindən danışıb.

O, İrəvanın etnik tərkibi, siyasi mühiti, bu əraziyə yerləşdirilən ermənilərin törətdiyi qırğınlar barədə ətraflı məlumat verib.

Tarixçi 1918-ci ildə erməni dövlətinin yaradılmasından, Azərbaycanın qədim şəhəri kimi XX əsrdə siyasi mərkəz rolunu oynayan İrəvanın Ermənistana paytaxt kimi verilməsinin səbəblərindən, o dövrdə Türkiyəyə göstərilən təzyiqlərdən söz açıb.






Fikirlər