SON DƏQİQƏ! Ukrayna "HAZIRIQ" dedi - Böyük əməliyyat HƏR AN başlaya bilər...
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilov ölkəsinin Rusiya qüvvələrinə qarşı çoxdan gözlənilən əks-hücum üçün hazır olduğunu bildirib. Musavat.com xəbər verir ki, o, BBC-yə verdiyi açıqlamada əks-hücumun artıq başladığı ilə bağlı iddiaları təkzib edib. Ukrayna rəsmisi konkret tarix açıqlamayıb, lakin hücumun Rusiya lideri Vladimir Putinin işğalçı qüvvələrindən əraziləri geri almaq üçün “sabah, sabahdan sonra və ya bir həftə sonra başlayacağını” deyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri vurğulayıb ki, Ukrayna hökumətinin bu qərarda “səhv etməyə haqqı yoxdur”, çünki bu, “itirə bilməyəcəkləri tarixi fürsətdir”.
Söhbət zamanı Danilov bildirib ki, “Vaqner” Baxmut şəhərindən geri çəkilib, lakin başqa üç yerdə yenidən qruplaşıb. O, Ukrayna qüvvələrinin əks-hücuma hazır olub-olmaması ilə bağlı suala belə cavab verib: “Biz həmişə hazırıq. Biz hər zaman olduğu kimi vətənimizi müdafiə etməyə hazırıq. Başa düşməliyik ki, bu, Allahın bizə, ölkəmizə verdiyi tarixi fürsətdir. Biz əsl müstəqil, böyük Avropa ölkəsi olmaq yolunda heç nə itirə bilmərik”. Aleksey Danilov BBC-yə müsahibəsi də prezident Volodimir Zelenskinin mesajı ilə kəsilib. Ukrayna lideri onu əks-hücumla bağlı müzakirələr aparmaq üçün görüşə dəvət edib. Qeyd edək ki, Ukrayna aylardır əks-hücuma hazırlaşır. Lakin ölkə rəsmiləri deyir ki, əsgərləri öyrətmək və Qərb müttəfiqlərindən hərbi təchizat almaq üçün mümkün qədər çox vaxt lazımdır. Rusiya qüvvələri də, həmçinin özünü müdafiə etməyə hazırlaşır. Bu əks-hücum kritikdir, çünki Kiyev Ukrayna xalqına və onun Qərb müttəfiqlərinə itirilmiş ərazilərin bir hissəsini geri ala biləcəyini göstərməlidir.