Rusiyanın 10 minlik diviziyası bu ölkəyə hücum edəcək - PLAN AÇIQLANDI

Rusiyanın 10 minlik diviziyası bu ölkəyə hücum edəcək - PLAN AÇIQLANDI

Rusiya öz qoşunlarını Ukrayna ilə sərhəddə yerləşdirməklə açıq şəkildə genişmiqyaslı müdaxiləyə hazırlaşdığını göstərir.

Publika.az  “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin “5-ci kanal”ın efirində deyib.

“Rusiya Ukrayna ilə sərhəddə hərbi qüvvəni daim saxlayır. O həmçinin sərhəd boyu stabilliyi pozmağa çalışır. Bu, onu göstərir ki, Rusiyanın müdaxiləsi istənilən vaxt daha genişmiqyaslı xarakter ala bilər”, - deyə Klimkin bildirib.

İki gün əvvəl anti-terror məsələləri üzrə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə brifinqdə bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 10,5 mindən çox hərbi qulluqçunun daxil ediləcəyi motoatıcı diviziya formalaşdırır.

Onun sözlərinə görə, diviziyadan Ukraynanın şərqində döyüş əməliyyatlarında istifadə olunacaq.

“Ukrayna sərhədinə yaxın Rusiya Silahlı Qüvvələrinin 150-ci motoatıcı diviziyası fəal şəkildə formalaşdırılır. Ekspertlərin qiymətləndirmələrinə görə, diviziyada 10,5 mindən çox hərbi qulluqçu olacaq. İnspektorlar Novoçerkask ərazisində Rusiya ordusunun böyük artilleriya bölmələrini aşkar ediblər. Ukrayna tərəfi 150-ci diviziyadan Ukrayna ərazilərində istifadə oluna biləcəyini istisna etmir”, - deyə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.






Fikirlər