Rusiya 24 avqustda bu ölkəni vuracaq: MÜHARİBƏ BAŞLANIR

Ukraynanın Müstəqillik Günü – avqustun 24-də Rusiyanın hibrid ordusu hücuma keçəcək.

 Publika.az xəbər verir ki, bu haqda iddialar Ukrayna mətbuatının gündəmini zəbt edib.

 “Penta” siyasi tədqiqatlar mərkəzini direktoru Vladimir Fesenkonun fikrincə, genişmiqyaslı hücum olmayacaq: “Ötən ilin avqustunda da buna bənzər hadisələr olmuşdu. Lakin əks-hücumla cavab verildi. İndi genişmiqyaslı hücumun olacağı inandırıcı deyil. Çünki münaqişə zonasında müəyyən bərabərlik yaranıb. Genişmiqyaslı hücum üçün əhəmiyyətli üstünlüyə malik olmaq lazımdır. Ehtimal ki, ötən il olduğu kimi bu il də lokal qarşıdurma ola bilər”.

 Onun sözlərinə görə, bu hücumu Almaniya, Fransa və ABŞ-ı qorxutmaq üçün edə bilərlər: “Məqsəd onların Minsk prosesi ilə daha fəal məşğul olmalarıdır. Son iki ay ərzində buna cəhdlər olundu, lakin heç bir nəticə əldə edilmədi”.

 Hərbi ekspert Svyatoslav Stesenko bildirib ki, Rusiya sadəcə hibrid müharibənin elementlərindən istifadə edir: “Məsələ ondadır ki, Rusiya böyük hücuma hazır deyil. Ola bilsin ki, lokal hücumlar olsun. Rusiyanın əsas məqsədi Ukraynanı çalxalamaqdır”.

 Onun sözlərinə görə, Rusiya birinci variantın uğursuz olduğunu anlayanda böyük müharibəyə başlaya bilər: “Ukrayna bu hücuma cavab verməyə hazır olacaq. Lakin bunun üçün bizim ordumuz gücləndirilməlidir”.

 Siyasi ekspert Yevgeni Maqda isə hesab edir ki, bu hücumlar bir neçə amillə bağlı ola bilər.

 “Birincisi, Donetskdə hibrid ordusunun arsenalı tədricən bitir. İkincisi, payızın başlanğıcı hərbi texnikanın hərəkəti üçün ən əlverişli vaxtıdır. Üçüncüsü, Olimpiada oyunlarının başlanmasıdır. Hansı ki, 2014-cü ildə biz bunu gördük. Rusiya ya Olimpiada ilə eyni vaxtda, ya da ondan sonra öz gücünü yoxlayır”, - deyə ekspert vurğulayıb.

 Hərbi-Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Musenko Rusiyanın 2014-cü ildən etibarən sərhəddə hərbi texnika və şəxsi heyət yığdığını bildirib.

 Onun sözlərinə görə, bu Ukrayna üçün böyük təhlükə yaradır.

 “Bu, Rusiyanın genişmiqyaslı müharibə hazırlığını göstərir. Fikrimcə, təhlükə olduqca ciddidir. Buna görə də Ukrayna ölkənin müdafiə qabiliyyətini gücləndirməlidir”, - deyə o bildirib.






Fikirlər