Ermənilər uçurum kənarında: ya geriyə, inkişafa, ya da irəliyə - puçluğa...

Ermənistanın hakimiyyət dairələrinin indi yürütdükləri siyasət uçurumun kənarında akrobatik hərəkətlər etməyə çalışan və bununla da Darvinin təkamül nəzəriyyəsini bir daha təsdiqləyən frikin davranışını xatırladır

Rəsmi İrəvanın aylardır sürəkli təkrarladığı və fasiləsiz bəyan etdiyi şüarlar arasında "qarabağlı ermənilərin blokadada olması", "zavallı qarabağlı ermənilərin bütün yollarının bağlanması" kimi iddialar xüsusi yer alır. Həmin yer o qədər genişdir ki, qarabağlı ermənilərin "acı və dözülməz müsibətləri"ndən bəhs edən Ermənistan hakimiyyəti vaysınmanın amplitudasını bir qədər də artırmaq, ora yeni elementlər qatmaq qərarına gəlib.
Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün yaxınlığında yerləşən sərhəd nəzarət-buraxılış məntəqəsinin (SNBM) erməni snayperlər tərəfindən atəşə tutulmasından sonra Gorus-Xankəndi yolu, yəni Laçın yolu qapadılmışdı.

Rəsmi Bakının qərarı anlaşılan, qaçılmaz və zəruri idi: Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin törətdikləri silahlı təxribata görə rəsmi İrəvan tam məsuliyyət daşıdığını bəyan etməyicə, diversiyanın sifarişçiləri cəzalarını almayınca yol açılmayacaq.

Çox sadə və konstruktiv tələbdir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Bakının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tələbini reallaşdırmaq əvəzinə, Azərbaycana qarşı əvvəlki ittihamları təkrarlayaraq, onlara yenilərini də əlavə etdi.

İrəvan mediası və sosial şəbəkələrin erməni seqmentindəki siyasətçilərlə bloqerlər hazırda iddia edirlər ki, sən demə, Gorus-Xankəndi yolu bağlandığından Rusiya Sülhməramlı Kontingenti (RSK) təminat yolundan məhrum olub. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların ərzaq, yanacaq və s. təminatı baxımından "ciddi problemlərlə üzləşdikləri" vurğulanır.

Bu iddialarla bağlı sifarişin Ermənistandan kənardan gəldiyi bəlli olsa da, erməniləri icra üsulu həmişəki kimi primitivdir.

Ermənilər ümid edirlər ki, rusiyalı sülhməramlıların guya təminatla bağlı problemlərlə qarşılaşdıqları üçnü Moskva Bakıya təzyiq göstərəcək, RSK-nın maşın karvanlarının Laçındakı SBNM-dən buraxılmasına nail olacaq.
Lakin İrəvanın bu primitiv propaqandası da baş tutan deyil, çünki Ağdam rayonunda böyük həcmdə ərzaq, yanacaq, tibbi preparatlar və s. ehtiyatlarının yığıldığı anbarlar var.

Aldığımız məlumatlara görə, Laçındakı SNBM ilə hərəkət qapadılandan sonra RSK komandanlığına zəruri təminat ehtiyaclarını həll etmək üçün Ağdama yollanaraq orada gərəkli miqdarda yanacaq, ərzaq və s. ala biləcəkləri çatdırılıb.

İstənilən çeşiddə, istənilən həcmdə.

Rusiyalı sülhməramlıların komandanlığı isə Bakının təklifini cavablandırmayıb və görünən budur ki, RSK rəhbərliyi nəyin bahasına olursa-olsun, ərzağı, yanacağı və təminatla bağlı digər nəsnələri məhz Ermənistandan Xankəndinə daşımaq niyyətindədir. Özü də Laçındakı SBNM=dən keçirmək şərtilə.
RSK-nın anbarlarındakı ehtiyatlar tükənəndə Xankəndindəki komandanlığını Ağdama maşın karvanları yollamaqdan savayı çarəsi qalmayacaq.

Paşinyan və onun komandası bunu anlasa da, yaranmış situasiyadan maksimal dərəcədə bəhrələnmək və illüzor mənfəət əldə etmək üçün aşkar demaqogiya yolunu tutublar.

Qarabağlı ermənilərin "blokadada, aclıqda və məhrumiyyətlər içində olması" ilə bağlı Ermənistan rəhbərliyinin iddialarına gəldikdə, rəsmi Bakı hazırda RSK-nın nəzarətindəki (müvəqqəti!) ərazilərdə yaşayan ermənilərin reinteqrasiya prosesinə başlamaq niyyətindədir.

"Etnik təmizləmə" və ya "humanitar böhran"la bağlı iddialar da tamamilə boş, puçdur. Qarabağlı ermənilər heç bir halda hədəf seçilməyiblər və rəsmi Bakının da onları kütləvi şəkildə Azərbaycandan köçə vadar etmək niyyəti olmayıb və yoxdur.
RSK-nın yerləşdiyi ərazilərdə də heç bir humanitar böhran yoxdur. Qarabağlı ermənilərin içməli su, elektroenerji, internet və təbii qazla fasiləsiz təminatı mövcuddur.

Rəsmi Bakının şərtləri sadədir: Xankəndindəki separatçı rejimin "hakimiyyət" strukturları ləğv edilməli, silahlı qarabağlı ermənilər diversiya cəhdlərindən əl çəkərək silahı yerə qoymalı, onillərdən bəri sabitliyin nə olduğunu bilməyən bölgədə sülh bərqərar olmalı, normal yaşam başlanmalıdır.

Qarabağlı ermənilərə "huquq və təhlükəsizlikləri" ilə bağlı Azərbaycan Konstitusiyasından kənar heç bir əlavə təminat verilməyəcək.

Təbii ki, bütün bunlar Azərbaycan Konstitusiyası çərçivəsində aparılacaq reinteqrasiya çərçivəsində həyata keçməlidir. Qarabağlı ermənilərin mücərrəd "hüquqlarının və təhlükəsizliklərinin təminatı" ilə bağlı rəsmi İrəvanla ermənilərin iddialarına, Nikol Paşinyanın "problemin həlli üçün beynəlxalq mexanizmlərə zərurət duyulur" bəyanatlarına gəldikdə isə, situativ analiz vəziyyətin süni şəkildə gərginləşdirildiyni sübut edir.

Üstəlik, Azərbaycan hakimiyyəti qarabağlı ermənilərin indiki yaşamı və perspektivləri ilə bağlı hansısa vasitçilərin prosesə qatılmasına, danışıqların Azərbaycandan kənarda aparılmasına əsla razılaşan deyil.

Proses bütünlüklə, tam olaraq Azərbaycan sərhədlərinin daxilində cərəyan edəcək.

Ermənistanın daxili siyasi arenasına ünvanlanmış bəyanatlarını sıralayan Paşinyan komandası faktiki olaraq İrəvanın ənənəvi aqressiv siyasətini davam etdirir, manipulsiya cəhdlərinə əl atır və bununla da yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə süni maneələri sıralayır.

Azərbaycanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına, vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş açıqlamalarla bəyanatlar, habelə şərti dövlət sərhədində hərbçilərimizə qarşı silahlı provokasiyalar rəsmi İrəvanın "sülh gündəliyinə sadiq, sülh sazişinə can atan tərəf olması" ilə bağlı bəyanatlarının sadəcə, diqqət yayındırmağa yönəldiyini sübut edir.

Ali Bas Komandanı Ilham Əliyev Mudafiə Nazirliyinin komando hərbi hissələrinin birində bu gün çıxış edərkən söylədi: "Bizim muqəddəs ocaqlarımız təhqir edilmis və dagıdılıb. Bunu edən bizim mənfur qonsularımız idi. Buna goz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gun Ermənistana bas cəkən rusvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? Ikili standartlar və rusvət! Bunun basqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə səkillər cəkdirirlər, bizə hansısa mesajlar unvanlayırlar. Hunərləri varsa gəlsin yaxınlassın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayagını biz qırdıq. Cunki Ikinci Qarabag muharibəsindən sonra biz bunu unutmamısıq. Bəzi Avropa olkələrinin rəsmi numayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmusdular. Mən o vaxt demisdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gun də deyirəm, hunəriniz varsa gəlin, gorək, sonra axırınız nə olacaq?"

Dövlət başçısı tam açıq şəkildə bəyan etdi ki, bBu gun bəlli dövlətlərin, təşkilatların və güc mərkəzlərinin Azərbaycana qarşı apardığı cirkin kampaniyanın hec bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə hec kim təsir edə bilməz. Əgər Vətən muharibəsi dovrundə bizim iradəmizə hec kim təsir edə bilmədisə, bu gun təbii ki, hec kim təsir edə bilməz.

Ermənistanla aparılan sulh danısıqlarının yekunlasması həm bizə lazımdır, həm də daha cox Ermənistana lazımdır. Bu sulh anlasması beynəlxalq huququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sulh anlasmasında postmuharibə reallıqları nəzərə alınmalıdır.

Belədirsə, Ermənistan rəhbərliyi imzasına sayğı bəsləməli, öhdəsinə götürdüyü şərtlərə əməl etməlidir.
Əksi və alternativi məlumdur - Azərbaycanın səbri hüdudsuz deyil.

Lakin hələlik səbr edirik.

Tələsən yerimiz yoxdur - proses Bakının maraqlarının təminatı və mənafelərinin icrasına doğru gedir.

Elçin Alıoğlu
Trend






Fikirlər