İlqar Məmmədov prezidentliyə namizəd OLACAQ?

İlqar Məmmədov prezidentliyə namizəd olacaq?

“2024-cü ildə Respublikaçı Alternativ Partiyası (ReAl) üçün ən önəmli hədəf - parlamentdə institusional təmsilçilik qazanmaqdır. Bununla bərabər, son anda əsas planımıza dəyişiklik etməyə məcbur ola bilərik, çünki prezident seçkisinin təqvimini hakimiyyət yenə öz bildiyi kimi dəyişdi”.

Yenisabah.az xəbər verir ki, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov 7 fevral 2024-cü il tarixinə təyin olunan növbədənkənar prezident seçkilərinə münasibət bildirərkən deyib. 

“Partiyamızın Siyasi Komitəsi sabahkı iclasında yeni yaranan ikinci hədəfin birinciyə uyğunlaşdırılması yollarını arayacaq. Əsas sual budur: "İrəli atılmış prezident seçkisi bizim üçün hazırlaşdığımız parlament seçkisi qədər önəm daşımalıdırmı?". 

Suala müsbət cavab versək, öz namizədimiz olacaq. Cavab mənfi olsa, başqa namizədə səs verəcəksiniz”, - İ.Məmmədov ReAl tərəfdarlarına xitab edərək deyib.

Fikirlər