Qənirə Paşayevanın yerinə Fazil Mustafa seçildi
Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib. Yenisabah.az xəbər verir ki, komitəyə sədr Fazil Mustafa seçilib. Bu barədə Milli Məclisin iclasında qərar qəbul edilib. Komitənin sədr müavini isə Ülviyyə Ağayeva olub. Qeyd edək ki, sentyabr ayında 48 yaşında vəfat edən deputat Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi. Onun vəfatından sonra onun vəzifəsini Fazil Mustafa icra edirdi.