Çindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA...
Çin Rusiya-Ukrayna müharibəsində münaqişə tərəflərinə silah satmayacaq. Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Münhen Təhlükəsizlik Konfransı (MSC 2024) üçün getdiyi Almaniyada ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə deyib. O, beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Ukrayna ilə münasibətlərini normal şəkildə inkişaf etdirmək istədiklərini bildirib. “Çin münaqişə zonalarına və ya münaqişə tərəflərinə öldürücü silahlar satmayacaq”, - çinli nazir deyib. Vanq Yi konfransdakı çıxışında Çinin Ukrayna müharibəsindən qazanc əldə etməyə çalışmadığını vurğulayıb. Qeyd edək ki, Çin Ukrayna böhranında neytrallığını vurğulasa da, Pekinin Moskvanı müharibəyə görə qınamaqdan çəkinməsi, bu prosesdə Rusiya ilə strateji tərəfdaşlığını dərinləşdirməsi ABŞ və Qərb ölkələrinin tənqidinə səbəb olur. ABŞ Çinin Rusiyaya silah verməyi nəzərdən keçirdiyini iddia edib. Xatırladaq ki, ötən həftə Aİ Komissiyası Rusiyaya ikili təyinatlı məhsullar ixrac etdiyinə görə üç Çin şirkətinə sanksiya tətbiq etməyi təklif edib. Macarıstanın əleyhinə səs verməsi ilə bu təklif rədd edilib.